Milli Məclisin bu şöbələri birləşdirildi

Milli Məclisdə aparılan struktur islahatları çərçivəsində parlamentin şöbələri birləşdirilib.

“Report” xəbər verir ki, bununla bağlı spiker Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbəsi, Sosial qanunvericilik şöbəsi ilə İqtisadi qanunvericilik şöbəsi birləşdirilib.

Milli Məclis Aparatında aparılan struktur islahatları çərçivəsində parlamentin iki şöbəsi ləğv edilib.

Sahibə Qafarovanın başqa sərəncam ilə Milli Məclisin Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Ümumi şöbəyə birləşdirilib.

Əvvəlki məqaləPedaqoji fəaliyyəti qadağan edilən şəxslər müəyyənləşdi
Növbəti məqaləBu şəhər və rayonlarda icra nümayəndələri barəsində cinayət işi başlandı