İri ticarət mərkəzləri açıla bilər

“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Bununla bağlı müzakirələr aparılır. Böyük ehtimalla bu ayın sonuna qədər açıla bilər. Amma açılsa iri ticarət mərkəzlərin içərisində yolxuma riskinin artımına şərait yaradan əyləncə mərkəzləri və digər yerlərin fəaliyyəti dayandırıla bilər”, deyə TƏBİB sədri bildirib.

Əvvəlki məqaləTƏBİB vətəndaşları tibbi maska taxmağa çağırdı
Növbəti məqalə65 yaşdan yuxarı vətəndaşlara qadağa yumşaldıla bilər?