8 günlük bayram tətili olacaq

Nazirlər Kabinetinin yeni qərarı Azərbaycanda 8 günlük (23-30 may) bayram tətili müəyyən edib.

Novator.az bildirir ki, Əmək Məcəlləsinə əsasən, şənbə və bazar günləri ilə iş günü hesab olunmayan bayram günləri üst-üstə düşəndə həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir.

24-25 may Ramazan bayramıdır. Mayın 24-ü bazara düşdüyü üçün mayın 26-sı (çərşənbə axşamı) istirahət günüdür.

28 may (cümə axşamı) Respublika Gününə görə tətildir.

Mayın 15-də isə Nazirlər Kabineti qərar verərək 27 may iş günü (çərşənbə) ilə 31 may istirahət gününün (bazar) yerlərini dəyişdirib.

Həmçinin 29 may (cümə), habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may (hər ikisi şənbə) qeyri-iş günləri müəyyən edilib.

Beləliklə, mayın 23-də başlayan tətildən sonra ilk iş günü mayın 31-də olacaq.

Əvvəlki məqaləToylara sentyabradək qadağa qoyulub? – Rəsmi açıqlama
Növbəti məqaləBu xəstəxana xəstə qəbulunu dayandırdı