AZAL: Bilet satışı sentyabra qədər dayandırılıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istiqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib.

“Report” bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir.

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır.

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi.

Məsələ ilə bağlı “Report”a açıqlama verən AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviaşirkət sentyabra qədər bilet satışını dayandırıb və o vaxta qədər satışın bərpası Nazirlər Kabineti yanında Operativ Qərargahın atacağı addımlardan asılı olacaq.

Əvvəlki məqaləBaş həkim karantin qaydalarına əməl etmədiyi üçün işdən çıxarılıb? (Yenilənib)
Növbəti məqaləMagistraturaya proqram və ixtisaslaşma seçimi başlayır