Şöbə müdiri: “İnsanlar işləməkdənsə, 190 manat almağa üstünlük verirlər”

Prezidentin köməkçisi
Şahmar Mövsümov

“Azərbaycanda 190 manatlıq sosial dəstək tədbiri ilə yanaşı, ictimai iş yerlərinin yaradılması da nəzərdə tutulub. Bu gündən 20 mindən çox boş o cür iş yeri var”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

“Vətəndaşlar həmin iş yerlərini tutaraq 190 manatdan da çox gəlir əldə edə bilərlər. Təəssüf ki, insanlar işləməkdənsə, birdəfəlik yardım almağa üstünlük verirlər. Odur ki, mən gəlir mənbəyini itirmiş insanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyə çağırıram”, – o qeyd edib.

Əvvəlki məqaləSəhiyyə Nazirliyindən evdə müalicə ilə bağlı açıqlama
Növbəti məqaləBu şəxslərə avtomobil veriləcək