Bu şəxslərə doktorantura təhsili ilə bağlı güzəşt ediləcək

MBA proqramı üzrə magistr təhsili almış şəxslərin doktorantura təhsili ilə bağlı qərar qəbul edilib.

“Report”un məlumatına görə, MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərinin davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndini nəzərə alaraq Təhsil Nazirliyi bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş və məzun olarkən magistr dissertasiyası müdafiə etməmiş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarda iştirak etmələrinə imkan yaradılacaq.

Əvvəlki məqaləBakıda daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqları təşkil ediləcək
Növbəti məqaləŞəhid ailələrinə və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı