İcbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, dəyişikliklə icbari tibbi sığortanın əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti daha 1 il artırılır.

Sənədə əsasən, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad edilir. Hazırda sözügedən müddət 1 il, yəni bu ilin sonuna qədərdir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Əvvəlki məqaləKarantin rejiminin pozulmasına görə cərimələrin artırılması təsdiqləndi
Növbəti məqaləPrezident: “Vaksinasiya ilin əvvəlində başlayacaq, könüllü və dövlət hesabına olacaq”