Prezident naziri vəzifəsindən azad etdi

Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Nazir
Rəşad Nəbiyev
Keçmiş nazir
Ramin Quluzadə
Əvvəlki məqaləPrezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam imzalayıb
Növbəti məqaləŞagirdlərin tibbi maskadan istifadəsi məcburidir?