“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təsdiqlənib

Azərbaycan prezidenti İlham Əliyev “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

APA-nın məlumatına görə, qanuna aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilib:

Maddə 4-1. Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü

Sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.