Koronavirus səbəbindən daha bir məktəb bağlandı

Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb COVID-19 səbəbindən bağlanıb.

“Report”un Qərb mərkəzinin məlumatına görə, tədris ocağının 1 müəllim və 1 texniki işçisində COVİD-19 virusu aşkar edildiyi üçün bağlanıb.

Bildirilir ki, məktəb iki həftə bağlı qalacaq və aidiyyatı üzrə rəsmi rəydən sonra fəaliyyətə başlayacaq. Hazırda dərslər onlayn keçirilir

Əvvəlki məqaləDaha iki məktəb koronavirusa görə bağlandı
Növbəti məqaləBakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib