Bank kartları ilə aparılan əməliyyatlar məhdudlaşdırılacaq

Göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “AzeriCard” prosessinq mərkəzi sistemi mütəmadi olaraq yeniləyir.

“APA-Economics”in məlumatına görə, mərkəzinin apardığı təkmilləşdirmə işləri ilə əlaqədar 15 aprel saat 01:30 – 06:00 arası bəzi bankların onlayn kart əməliyyatları deaktiv olacaq.

Plastik kartlarla dövriyyədə olan əməliyyatlar göstərilən müddətdə onlayn rejimdə işləməyəcək.

Əvvəlki məqaləQanun pozuntusunun aradan qaldırılmaması dini qurumun ləğvinə səbəb olacaq
Növbəti məqaləQeyri-rezidentlərin bank hesabları açması üçün imkanlar yaradılıb