TƏBİB: Vaksin olunanlara bu hallarda 2-ci doza vurulmur

“Koronavirus əleyhinə vaksinin 1-ci dozasında ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir: “Bu kimi hallar 2-ci dozaya əks göstəriş sayılmır. Vaksinasiya strategiyasına uyğun olaraq yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayıb, ciddi anafilaktik reaksiyaların olması müşahidə edilməyib”.

Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə Çinin “Sinovac” şirkətinin  istehsalı olan “Coronavac” və İngiltərənin Oksford Universitetinin istehsalı olan “Vaxzevria” vaksinindən (istehsalçı şirkət “AstraZeneca“) istifadə olunur.

Əvvəlki məqaləTələbələrə təqaüdlərin təyini və ödənilməsi qaydası dəyişib
Növbəti məqaləDövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib