Bu məhkəmələrə yeni hakimlər təyin olunur

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunur.

“Report”un əldə etdiyi məlumata görə, Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.

Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Dadaşov İlqar Ağababaş oğlu
2. Əhmədov Əhməd Abbas oğlu
3. Əliyev Ələsgər Əliabbas oğlu
4. Kərimov Fərhad Abdulkərim oğlu
5. Mövsümov Nazim Rasim oğlu
6. Nağıyev İman Məhəmməd oğlu
7. Rəcəbov İlkin Əbülfəz oğlu
8. Kərimov Səyyad Əli oğlu

Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir.

“Report”un xəbərinə görə, Milli Məclisə bununla bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.
Sənədə əsasən, aşağıdakı şəxslərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:

1. Allahverdiyev Əli Kərim oğlu
2. Kuimova Vera Gennadiyevna
3. Qurbanov Yusifəli Süleyman oğlu

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir.

“Report”un əldə etdiyi məlumata görə, Milli Məclisə “Bakı Apellyasiya Məhkəməsinə hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.

Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Həmidov Həmid Üzeyir oğlu
2. Hüseynov Azər Soltanhəmid oğlu
3. Tağızadə Mirzə Nəsib oğlu
4. Babayev Zəki Baba oğlu
5. Bəktaşi Səadət İnayət qızı
6. Əkbərov Mübariz Dosməmməd oğlu
7. İbrahimli İbrahim Adil oğlu

Gəncə Apellyasiya Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı parlamentə “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənəd daxil olub.

Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.

Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilir.

Şirvan Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir.

“Report”un əldə etdiyi məlumata görə, Milli Məclisə “Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.

Sənədə əsasən, aşağıdakı şəxslərin Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Abdullayev Vəli Əsgər oğlu (səlahiyyət müddəti başa çatıb)
2. Allahyarov Zaur Mirzağa oğlu
3. Bağırov Məhəmməd Ənvər oğlu
4. Mayılov Samir İlham oğlu

Şəki Apellyasiya Məhkəməsinə yeni hakim təyin edilir.

“Report”un əldə etdiyi məlumata görə, Milli Məclisə “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.

Sənədə əsasən, Nuru Nadir oğlu Quliyev Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Rafail Əyyub oğlu Əliyev isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunacaq.

Əvvəlki məqaləTəhsil haqları dövlət tərəfindən ödəniləcək tələbələrin müraciətlərinin qəbulu başlayır
Növbəti məqaləYeni tədris ilindən məktəblərdə belə qruplar yaradılacaq