“Azəriqaz”ın rəhbərliyi bu rayonların sakinləri ilə görüşlər keçirəcək

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Qax, Qəbələ və Ağdaş sakinləri ilə onlayn formada görüşlər keçirəcək.

Benefisiar.org məlumat verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev facebook səhifəsində yazıb.

“Mən və müavinlərim – Cahid Hüseynov və Ramil İsgəndərov iyul ayının 23-də saat 12:00-da növbəti onlayn vətəndaş qəbulu keçirəcəyik. Video formatda keçirilən görüşdə mən Qax rayonu, müavinlərim isə Qəbələ və Ağdaş rayonlarının qəbula gələn hər bir vətəndaşının müraciətini dinləyərək nəzərdən keçirəcəyik. Vətəndaşın xidmətində dayanmaq ən əsas vəzifəmizdir”, deyə baş direktor qeyd edib.