İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən fermerlərə subsidiyalar veriləcək

2022-ci ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən fermerlərə əkin subsidiyaları veriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, subsidiyalar Ağdam, Füzuli, Xocavənd, Qubadlı və Zəngilanda dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində salınacaq üzüm bağlarının hər hektarına görə 8 min manat birdəfəlik subsidiyalar ödəniləcək.

Bununla yanaşı, üzüm bağlarının salınması üzrə subsidiyalaşma mexanizmi eyni qaydada Ağsu, Cəlilabad, İsmayıllı, Qəbələ, Qobustan, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarında fəaliyyət göstərən fermerlərə də şamil olunacaq.

Əvvəlki məqaləDİN açıq havada maskanın məcburi olması ilə bağlı məlumatlara münasibət bildirdi
Növbəti məqaləTəhsil naziri dərslərin hansı qaydada olacağını açıqladı