Gender bərabərliyi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

“Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmə keçirilib. Dinləmə zamanı bir çox təkliflər irəli sürülüb”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, komitə üzvləri tərəfindən gender bərabərliyi ilə bağlı qanuna dəyişiklik layihəsi hazırlanaraq rəhbərliyə təqdim edilib.

Əvvəlki məqalə28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq
Növbəti məqaləNazir müavinindən əməkhaqları və pensiyaların artırılması ilə bağlı açıqlama