Qiyabi oxuyan tələbələrə təhsil krediti niyə verilmir?

Qiyabi oxuyan tələbələrə tələbə təhsil kreditinin verilməməsinin səbəbləri açıqlanıb.

“Report” xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev qiyabi oxuyan tələbələrin əmək bazarında işləyib pul qazana biləcəklərini vurğulayıb.

Nazir müavini bildirib ki, əyani təhsil alan tələbələrin işləmək və gəlir əldə etmək imkanları yoxdur: “Ona görə də kreditlər sırf həmin tələbələr üçün nəzərdə tutulub. Həm də ölkədə qiyabi təhsil alanların sayı elə də çox deyil. Belə ki, ölkədə 266 min tələbə təhsil alırsa, bunun yalnız 13-15 mini qiyabi oxuyur. Bu da xüsusi çəkiyə malik deyil və əksəriyyəti də işləyir”.

Əvvəlki məqaləDOST Agentliyinə hansı məsələlərlə bağlı müraciət etmək olar?
Növbəti məqaləBu əməkdaşların xidmət illərinin hesablanması qaydasına dəyişiklik edildi