Gənc Hüquqşünaslar Şəbəkəsi BMT-nin İnternet İdarəçiliyi Formunda iştirak edib

BMT-nin 2021-ci il İnternet İdarəçiliyi Forumunda (IGF) sessiyalardan biri Gənc Hüquqşünaslar Şəbəkəsi tərəfindən təşkil edilib. Bu barədə Benefisiar.org-a Gənc Hüquqşünaslar Şəbəkəsindən məlumat verilib.

Məlumata görə, bu sessiyada Azərbaycandan olan hüquqşünas Azad Məmmədli də daxil olmaqla, müxtəlif ölkələrdən hüquqşünas-spikerlər sosial mediada onlayn biznes hesablarının hüquqi tənzimlənməsini müxtəlif aspektlərdən müzakirə ediblər.

Sessiyanın moderatoarı gənc hüquqşünaslar Nərmin Əbilova və Nəzakət Bayramova, məruzəçisi isə Elnur Kərimov olub.

Sessiya dekabrın 9-da Bakı vaxtı ilə 14:15-də, Polşanın Katowice şəhərində və eyni zamanda onlayn qaydada baş tutub.

Əvvəlki məqalə“Vətəndaş jurnalistikası” fəaliyyəti “Media haqqında” qanunla tənzimlənməyəcək
Növbəti məqaləAğdamda yeni təşəbbüs qrupu yaradılıb