“ƏDV geri al” layihəsi təkmilləşdiriləcək

“ƏDV geri al” layihəsi üzrə təkmilləşmə işləri aparılacaq.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bəzi məhsullar var ki, onlar üzrə ƏDV-nin geriyə qaytarılması o qədər də önəmli deyil: “Yəni əhalinin sosial təbəqəsinə, ümumi təbəqəyə bunun aidiyyəti yoxdur”.

Qeyd edək ki, söhbət bahalı mal və əşyalardan (məsələn, bahalı avtomobillər və s.) gedir.

“Ona görə də təkmilləşmələr təbii ki, aparılacaq. Amma daha çox təkmilləşmə ondan ibarətdir ki, əhali arasında nisbətən aşağı əməkhaqqı alan təbəqələr var ki, onlar daha çox bundan yararlansınlar. Yəni varlılara yox, orta təbəqəyə daha çox güzəştlər verilsin”, – deyə S. Ələkbərov qeyd edib.

Əvvəlki məqaləGələn il üçün yaşayış minimumunun məbləği təsdiqləndi
Növbəti məqaləƏmək pensiyasının minimum məbləği artırılır