Bu rayonun icra başçısı dəyişdirildi

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, İ.Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı idi.

Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.