Milli Məclisdə insan hüquqları ilə bağlı Çevik Qrup yaradılacaq

Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

“Report”un əldə etdiyi məlumata görə, bu, komitənin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Planda insan hüquqları profilli QHT-lərlə növbəti silsilə görüşlərin keçirilməsi, müzakirələrin nəticələrinin və təkliflərin aidiyyəti qurumlara göndərilməsi və hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə “Komitə yanında insan haqları ilə bağlı Çevik Qrupun” yaradılması ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlərin görülməsi nəzərdə tutulub.

Əvvəlki məqaləKarantin müddətinin azaldılmasının səbəbləri açıqlanıb
Növbəti məqaləQanunvericiliyə “velosiped zolağı” və “velosiped yolu” anlayışları əlavə edilir