TƏBİB-in strukturunda dəyişiklik aparılıb

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) strukturunda dəyişiklik aparılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Aparat rəhbəri ştatı ləğv edilib.

Qeyd edək ki, TƏBİB-in Aparat rəhbəri vəzifəsində Gündüz Əbdülov çalışırdı.

Əvvəlki məqaləSürücülərə “icazə blankı” proqram təminatı əsasında veriləcək
Növbəti məqaləBu rayonlara icra başçıları təyin olundu