Lisenziyalar və icazələrlə bağlı qanuna dəyişiklik təklif olunur

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dəyişiklik edilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə siyahıya ümumölkə yerüstü radio yayımçısı, regional yerüstü radio yayımçısı, peyk yayımı həyata keçirən platforma yayımçısı, peyk yayımı həyata keçirməyən platforma yayımçısı, sifarişli yayım xidməti provayderi, sadə platforma operatoru, universal platforma operatoru, multipleks operatoru əlavə edilir.

Hazırda isə bu siyahıya Bakı şəhəri üzrə televiziya yayımı, regional televiziya yayımı, ümumrespublika radio yayımı, Bakı şəhəri üzrə radio yayımı, regional radio yayımı, əlavə informasiya yayımı, abonentlərinin sayı 5 000-dək olan kabel şəbəkəsi yayımı, abonentlərinin sayı 5 000-dən yuxarı olan kabel şəbəkəsi yayımı, peyk yayımı, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla hayata keçirilməsini təmin edən fəaliyyət daxildir.