Məhkəmə-Hüquq Şurasının formalaşdırılması qaydaları təkmilləşəcək

Məhkəmə-Hüquq Şurasının formalaşdırılmasına dair qaydalar təkmilləşdiriləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, hakim assosiasiyaları 2022-2026-cı illərdə ədalət mühakiməsi sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin daha səmərəli təşkili məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla Məhkəmə-Hüquq Şurasının formalaşdırılmasına dair qaydaların təkmilləşdirilməsini təmin etməlidir.

Bunun üçün ədalət mühakiməsi sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin daha səmərəli təşkili istiqamətində tədbirlər görüləcək.