Bu rayonlara yeni icra başçıları təyin edildi

Prezident İlham Əliyev bu rayonlara icra başçılarının təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama görə, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Bəxtiyar oğlu Abbasov isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
“Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.