Müavinətlərin növləri artırılır

Azərbaycanda müavinətlərin növləri artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı “Sosial müavinətlər haqqında” qanunun 4-cü maddəsinə (Müavinətlərin növləri) dəyişiklik təklif olunur.

Dəyişikliklə birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.

Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.

Qeyd edək ki, hazırda birdəfəlik müavinətlərin aşağıdakı növləri var:

1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;

2. uşağın anadan olmasına görə müavinət:

3. dəfn üçün müavinət.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.