Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlanıb

2018/2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün müvafiq linklərdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.