Qanunsuz mal-qara kəsimi ilə bağlı reydlərə başlanılıb

Paytaxtda Qida Təhlükəsizliyi Agentliyi nümayəndələrinin qida təhlükəsizliyi tələblərinə və sanitariya-gigiyena normalarına cavab verməyən qanunsuz mal-qara kəsimi məntəqələrinin fəaliyyətinin qarşısının alınması üzrə reydləri davam etdirilir.

Agentliyin 18 iyul tarixli məlumatında deyilir ki, bu yaxınlarda aparılmış reydlər zamanı qanunsuz mal-qara kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilib.

Agenlik reydlərə iyunun 11-də – dövlət başçısının küçələrdə, yol kənarlarında və sanitariya-gigiyena normalarına cavab verməyən digər yerlərdə heyvan kəsimini qadağan edən müvafiq sərəncamı imzalamasından sonra başlayıb.

Bu tələbi pozanlara qarşı qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcək, deyə Agentliyin məlumatında bildirilir.

Turan İnformasiya Agentliyi