Uşaqlara sosial reabilitasiya xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi əsasında icra olunan layihələrdən biri də məişət zorakılığından zərər çəkmiş uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlıdır.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən Sumqayıt şəhərində cari ilin aprel ayında yaradılan yardım mərkəzində indiyədək 38 uşağa xidmət göstərilib.

Mərkəzdə məişət zorakılığından zərər çəkmiş 3-16 yaşında uşaqlar sosial reabilitasiya xidmətləri, hüquqi, sosial, psixoloji yardımlarla, həmçinin təhsillərini davam etdirmək üçün şəraitlə təmin edilir.

Hazırda ƏƏSMN-nin sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən ümumilikdə 4 mindən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də müvafiq hallarda onların ailələri sosial və reabilitasiya yönümlü xidmətlərlə təmin olunur.