Şəhid hərbi qulluqçuların vərəsələri 200-dən çox şikayət yazıblar

Bakı“Bu günə kimi Dövlət Sığorta Kommersiya Şirkətinə şəhid vərəsələri tərəfindən 200-dən çox şikayət ərizəsi daxil olub”.

“Report” xəbər verir ki, bunu mətbuat konfransında şirkətin sədr müavini Aftandil Hacıyev deyib.

O bildirib ki, şikayət ərizələri kollektiv və fərdi olur: “Hazırda 20-30 faizə yaxın ərizəyə cavab verilib. Digər ərizələr də araşdırılacaq və ayrı-ayrılıqda cavablandırılacaq”.