Ölkədə dərslər dayandırılır

“Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi və bütün tədbirlər iki günlük dayandırılıb. Yəni yanvarın 17-18-də Azərbaycanda dərs olmayacaq”.

“Report”un xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, dərslər təxirə salınan təhsil müəssisələrinin sırasına bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri, orta ixtisas və ali məktəblər daxildir: “İstənilən növ tədris tədbirləri – dərs, imtahan, kollokvium dayandırılıb”.

O qeyd edib ki, istər dövlət, istər özəl təhsil müəssisələri, eləcə də uşaq bağçaları da bu siyahıya daxildir.

Bunun həmin günlərdə gözlənilən təhlükəli hava şəraiti ilə əlaqədar olduğu bildirilir.