Konstitusiya Məhkəməsi vətəndaşın şikayətinə baxacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş S.Məmmədovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun martın 15-nə təyin edilmiş iclasında baxılacaq.