Azərbaycanda ahıllar necə yaşayır?

BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Həmin qətnaməyə uyğun olaraq hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Bəs Azərbaycanda ahıllar bu yaş dövrünü necə keçirir?