Məktəblərə avtomobillər veriləcək?

Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir:

“Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemlərə əsasən kortəbii tikinti aparılan ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur”.