Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin edildi

Oktyabrın 23-də Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib.