Azərbaycan Milli Elmlər Akademiyası və tabeliyindəki elmi müəssisə və təşkilatlarda çalışan işçilərin maaşları artırılıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərar verib.
Martın 1-dən qüvvəyə minən qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli aşağıdakı kimidir:
Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 |
160 |
2 |
168 |
3 |
176 |
4 |
184 |
5 |
192 |
6 |
200 |
7 |
208 |
8 |
216 |
9 |
227 |
10 |
240 |
11 |
253 |
12 |
267 |
13 |
281 |
14 |
306 |
15 |
335 |
16 |
388 |
17 |
495 |
18 |
635 |
19 |
875 |
Yeni qərarın qəbulu ilə bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarı ləğv edilib. Bu qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:
Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 |
130 |
2 |
132 |
3 |
134 |
4 |
136 |
5 |
138 |
6 |
144 |
7 |
151 |
8 |
158 |
9 |
165 |
10 |
172 |
11 |
179 |
12 |
187 |
13 |
196 |
14 |
210 |
15 |
228 |
16 |
267 |
17 |
360 |
18 |
486 |
19 |
750 |