Vəkillər Kollegiyası vəkillik terminlərini patentləşdirib

Vəkillər Kollegiyasının son günlər apardığı müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslərin vəkil adından qanunsuz istifadə etməsi hallarına rast gəlinib. Belə halların qarşısının alınması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillik fəaliyyəti ilə əlaqədar bır sıra ifadələrin Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyatını keçirib. Belə ki, “vəkil”, “advokat”, “advocate”, “адвокат”, “Hüquq məsləhətxanası”, “Azərbaycan Vəkillər Kollegiyası”, “Azerbaijan Bar Association”, “Коллегия Адвокатов Азербайджанской Республики” adları Vəkillər Kollegiyasının adına qeydiyyatdan keçirilib.

Vəkil olmayan şəxslərin həmin ifadələrdən istifadəsi qanunla cinayət və ya inzibati məsuliyyətin yaranmasına səbəb olacaq.

Aprelin 1-dən Vəkillər Kollegiyası bu cür faktların araşdırılmasına başlayacaq. Belə hallar aşkarlanarsa qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Turan