Uşaqlar və yeniyetmələr internetdən istifadə zamanı nələrə diqqət etməlidir?

Uşaqlar və yeniyetmələr internetdən istifadə zamanı nələrə diqqət etməlidir?

Özünü, ailə üzvlərini və valideynlərini internetin təhlükələrindən və zərərlərindən qorumaq üçün internetdə işləyərkən uşaq və yeniyetmə aşağıda adları çəkilən ehtiyat tədbirləri görməlidir: (Burada uşaq və yeniyetmə dedikdə 18 yaşına çatmamış şəxslər başa düşülür).
• Hec bir zaman öz adınızı, telefon nömrənizi,yaşadiğınız və oxuduğunuz ünvanları, kredit kartların nömrələrini və ya parollarını, asudə vaxtının keçirmə yerini və sevimli istirahət yerlərini bildirməyin.
• Hec bir şəxsi məlumatı, o cümlədən, oxuduğunuz məktəb, tez-tez getdiyiniz və ya getməyi planlaşdırdığınız yer haqqında və s. bildirməyin, seksual işarəsi olmayan neytral nik addan istifadə edin.
• Kompüterdən istifadə zamanı sizi nə isə qorxudursa, dərhal onu söndürün. Bu barədə valideynlərə və ya başqa böyüklərə danışın.
• Sizi internetdə pərt edən və həyəcana salan hər bir hadisə haqqında böyüklərə danışın.
• Spamları və istənilməyən məktubları bloka salmaq məqsədi ilə hər zaman elektron poçtunuzda filtrdən istifadə edin.
• İnternetdə tanış olduğunuz insanlar ilə heç bir zaman görüşməyə razı olmayın. Bu cür təkliflər barədə dərhal valideynlərinizə danışın.
• Kimsə sizə şəxsi və ya seksual xarakterli sual verdikdə həmin şəxslə elektron poçtda, sms mübadiləsi sistemlərində, çatlarda bütün əlaqəni kəsin. Bu barədə valideynlərə danışın.