Karantin qadağaları bu şəxslərə şamil edilməyəcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib:

“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.”