İşdən çıxarılan icra başçısı həbs edildi

Keçmiş icra başçısı
Namiq Zeynalov

Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Report” xəbər verir ki, istintaq orqanının təqdimatına hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb və təmin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, vəzifəli şəxslər həbs edilib.