Maliyyə sektoru ilə bağlı qanunvericilik bazası yenilənəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin maliyyə sektoru ilə bağlı qanunvericilik bazasının yenilənməsinə dair iş aparır.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında bildirib.

“Bütün bu proses başa çatdıqdan sonra, həm bank, həm sığorta, ümumilikdə maliyyə sektorunda yeni qanunvericilik bazası təqdim ediləcək”, – deyə o, qeyd edib.