Müharibə şəraitində bu informasiya infrastrukturları ilə bağlı təşkilati əsaslar yaradılacaq

Fövqəladə hallarda, müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyini, kritik informasiya infrastrukturlarının idarə olunmasını təmin etmək üçün təşkilati əsaslar yaradılacaq, risklərin qiymətləndirilməsi və idarə olunması planı hazırlanacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Qeyd edilib ki, fövqəladə hallarda, müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyini, kritik informasiya infrastrukturlarının idarə olunmasını təmin etmək üçün təşkilati əsasların yaradılması, risklərin qiymətləndirilməsi və idarə olunması planının hazırlanmasında əsas icraçı qurum Dövlət Təhlükəsizliyi Xidmətidir.

Bundan əlavə, XRİTDX isə 2024 – 2025-ci illərdə risklərin reyestrdə toplanmasının təmin edilməsi, qiymətləndirmənin aparılması və risklərin idarə olunması üzrə planın hazırlanmasını təmin etməlidir.