Müharibədə evləri dağılan sakinlər narazılıq edirlər (VİDEO)

Müharibədə evi dağılan Gəncə sakini: “Məmur deyir ki, biz gətirib evinizə bomba tullamamışıq”

Ötən il okyabrın 17-də Gəncəyə atılan sonuncu raket zərbəsində Anar Kərimovun də evi dağılan onlarla evdən biridir. Ailəsini başqa yerə aparsa da, həmin gün özü evində qalıb və gecə bomba səsinə ayılıb.

Ermənistan-Azərbaycan arasnda ötən ilin payızında başlamış və 44 gün davam etmiş müharibədə Gəncəyə də raket zərbələri atılmış, 25-dən çox dinc sakin ölmüş, yüzdən çox mülki şəxs yaralanmışdı. Müharibə noyabrın 10-da Rusiyanın müdaxiləsi və tərəflər arasında atəşkəs imzalanandan sonra dayandı.

Şəhərin Muxtar Hacıyev küçəsi. Oktyabrın 17-də gecə atılan raketin dağıdıb yerlə-bir elədiyi evlərin qalıqları atıq təmizlənib, indi burda yeni evlərin tikintisinə başlanıb.

Amma heç də hamı üçün yeni ev tikilmir və sakinlər arasında elə bu da narazılığa səbəb olub ki, hökumət raket zərbəsindən yararsız hala düşən evləri niyə söküb yenidən tikmək yox, təmir etmək istəyir?

Muxtar Hacıyev küçəsində raket zərbəsindən zərər çəkməyən ev demək olar ki, yoxdur. Raketin düşdüyü yerə daha yaxın olan, pəncərələri, tavanları, divarları dağılmış evlərdə isə ümumiyyətlə yaşayış yoxdur.

Sakinlərin bəziləri tələbə yataqxanasında müvəqqəti məskunlaşıblar.

Yataqxanada da qonşu olan Muxtar Hacıyev küçəsi sakinləri tez-tez məhəlləyə gəlirlər ki, bəlkə yararsız halda olan evlərinin taleyinin necə olacağından bir xəbər bilələr. (BBC News Azərbaycanca)

Əvvəlki məqaləEvlərinə qaz xətləri çəkdirmək istəyən sakinlərin diqqətinə!
Növbəti məqaləTələbə yataqxanaları ilə bağlı qiymətlər müəyyənləşdi