Bu uçuşlar zamanı sərnişinlərdən COVID-19-la bağlı arayış tələb olunmayacaq

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək. Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

Əvvəlki məqaləBu yerlərdə maskadan mütləq istifadə olunmalıdır – SİYAHI
Növbəti məqaləMəscidlərdə ibadət qaydaları açıqlandı