Nazirlər Kabineti karantinlə bağlı qərar qəbul etdi

Nazirlər Kabineti xüsusui karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı qərar qəbul edib.

Bu barədə “Report”a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Əvvəlki məqaləCərimə qanunvericiyi
Növbəti məqaləSabahdan bu qadağa tətbiq olunur