Tibb müəssisələri ilə bağlı yeni meyarlar müəyyənləşdi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin qrup və kateqoriyalara bölünməsinin yeni meyarları müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməkhaqlarının formalaşdırılmasında ədalətlilik prinsipinin təmin olunması məqsədilə tibb müəssisələri 3 qrupa və hər bir qrup üzrə müvafiq olaraq aşağıdakı kateqoriyalara bölünür:

I qrup – ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri : A, B, C;

II qrup – ümumi profilli tibb müəssisələri : A, B, C, D;

III qrup – çoxprofilli və elmi-tədqiqat tibb müəssisələri: A, B, C, D.

Tibb müəssisələrinin fəaliyyəti ilə əlaqədar kəmiyyət və keyfiyyət göstəriciləri əsasında qrup və kateqoriyalara mənsubiyyəti üzrə qiymətləndirmə meyarları müəyyən olunur:

Kəmiyyət meyarları:

– Çarpayıların sayı;
-Həkimlərin faktiki sayı;
-Günlük orta müraciətlərin sayı;
-İllik stasionar cərrahi əməliyyatların sayı;
-Tibbi avadanlıqların mövcudluğu:
-USM;
– Rentgen;
– Flüoqrafiya;
– Dopler;
– EEQ;
– Mobil rentgen – C-qol;
– KT;
– MRT;
– Laporoskop;
– Angioqrafiya.

Keyfiyyət meyarları:

-Orta yatış günləri;
-Həkim ixtisaslarının faktiki sayı;
-Ordinatura və (və ya) Türkiyə Respublikasında uzmanlıq bitirmiş həkim mütəxəssislərin sayı;
– Laboratoriyalarda aparılan analizlərin çeşidlilik səviyyəsi;
– Təqdim olunan reyestr məlumatlarında xəta payı.

Müvafiq meyarların hər biri üzrə maksimal 10 bal olmaqla tibb müəssisələri 100 ballıq sistemlə qiymətləndirilir. Hər bir meyar üzrə qiymətləndirmənin aparılması məqsədilə tibb müəssisələrinin qruplarına, o cümlədən III qrup tibb müəssisələrinə münasibətdə elmi-tədqiqat və çoxprofilli tibb müəssisələri fərqləndirilməklə aşağıda qeyd olunan çəki əmsalları tətbiq olunur:

Sıra

Meyarlar I qrup II qrup III qrup
Elmi- tədqiqat Çoxprofilli tibb müəssisələri
1. Çarpayıların sayı 0% 10% 0% 10%
2. Həkimlərin faktiki sayı 20% 10% 15% 10%
3. Günlük orta müraciətlərin sayı 20% 10% 0% 10%
4. İllik stasionar cərrahi əməliyyatların sayı 0% 10% 20% 10%
5. Tibbi avadanlıqların mövcudluğu: 15% 10% 15% 10%
5.1. USM 10% 10% 10% 10%
5.2. Rentgen 10% 10% 10% 10%
5.3. Flüoqrafiya 10% 10% 10% 10%
5.4. Dopler 10% 10% 10% 10%
5.5. EEQ 10% 10% 10% 10%
5.6. Mobil rentgen – C-qol 10% 10% 10% 10%
5.7. KT 10% 10% 10% 10%
5.8. MRT 10% 10% 10% 10%
5.9. Laporoskop 10% 10% 10% 10%
5.10. Angioqrafiya 10% 10% 10% 10%
6. Orta yatış günləri 0% 10% 0% 10%
7. Həkim ixtisaslarının faktiki sayı 10% 10% 10% 10%
8. Uzmanlıq və klinik ordinatura üzrə həkim- mütəxəssislərin sayı 15% 10% 10% 10%
9. Laboratoriya səviyyəsi 20% 10% 15% 10%
10. Təqdim olunan reyestr məlumatlarında xəta payı 0% 10% 15% 10%

Tibb müəssisələrinin qrup və kateqoriyalarının müəyyən olunması məqsədilə təyin olunmuş meyarlara əsasən aşağıdakı cədvəldə qeyd olunan göstəricilər üzrə müvafiq ballar toplanılır:

Sıra

Meyarlar Göstəricilər
ballar
2 4 6 8 10
1. Çarpayıların sayı ≤150 151-300 301-450 451-600 >600
2. Həkimlərin faktiki sayı ≤50 51-100 101-150 151-200 >200
3. Günlük orta müraciətlərin sayı ≤500 501-1000 1001-

1500

1501-2000 >2000
4. İllik stasionar cərrahi əməliyyatların sayı ≤1000 1001-2000 2001-

3000

3001-4000 >4000
5. Tibbi avadanlıqların mövcudluğu: ≤39 % 40-59 % 60-79 % 80-99 % 100%
5.1. USM var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
5.2. Rentgen var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
5.3. Flüoqrafiya var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
5.4. Dopler var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
5.5. EEQ var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
5.6. Mobil rentgen – C-qol var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
5.7. KT var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
5.8. MRT var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
5.9. Laporoskop var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
5.10. Angioqrafiya var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur var/yoxdur
6. Orta yatış günləri >11 7.1-9 7.1-9 5-7 <5
7. Həkim ixtisaslarının faktiki

sayı

≤10 11-20 21-30 31-40 >40
8. Uzmanlıq və klinik

ordinatura üzrə həkim- mütəxəssislərin sayı

≤5 6-10 11-15 16-20 >20
9. Laboratoriya səviyyəsi 1 2 3 4 5
10. Təqdim olunan reyestr

məlumatlarında xəta payı

>20 % 16-20% 11-15 % 5-10 % <5 %
Əvvəlki məqaləSəhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası dəyişdi
Növbəti məqaləHəkimlərə aylıq verilən sabit həvəsləndirici əlavələr bu qaydada veriləcək