Dövlət qulluqçu ilə bağlı bu qayda dəyişdi

Dövlət qulluqçusuna ilk dəfə ixtisas dərəcəsi ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali – üçüncü təsnifatına uyğun olan vəzifəyə təyin edildikdə və 1 – 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə daimi dövlət qulluğuna qəbul edildikdə, yardımçı vəzifə iddiasında olanlara isə müvafiq vəzifəyə təyin edildikdə veriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər dövlət qulluqçusuna ilk dəfə ixtisas dərəcəsi inzibati vəzifələrin ali – dördüncü təsnifatına uyğun olan müvafiq vəzifələrə təyin edildikdə və beşinci – yeddinci təsnifatına uyğun olan vəzifələrə sınaq müddəti bitdikdən sonra daimi dövlət qulluğuna qəbul edildikdə yardımçı vəzifə iddiasında olanlar isə müvafiq vəzifəyə təyin edildikdə verilib.

Əvvəlki məqaləBakı məktəblərində işə qəbul üzrə müsahibənin vaxtı açıqlandı
Növbəti məqaləBu şəxslər sınaq müddəti olmadan dövlət qulluğuna qəbul ediləcək