Təhsil Nazirliyi məktəblərin açılmasının nədən asılı olduğunu açıqlayıb

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov valideynlərin vaksin olunması tələbi ilə bağlı səslənən fikrilərə münasibət bildirib.

APA-nın məlumatına görə, sektor müdiri deyib ki, bu sualla bağlı son vaxtlar Nazirliyə jurnalistlər tərəfindən sorğu və telefon zəngləri olur: “Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı verirlər: Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi? Cavab budur ki, “Xeyr”, verilməyib. Ancaq suala cavab verilərkən, həm də “Bəli” demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Belə deyilmi!? Bir sözlə, #TəhsilÜçünVaksinasiya bu gün də aktualdır”.

Əvvəlki məqaləBu yolla avtomobil alanların diqqətinə! BAŞ PROKURORLUQ XƏBƏRDARLIQ EDİR
Növbəti məqaləTəhsil Nazirliyindən vaksin vurdurmayan təhsil işçiləri ilə bağlı açıqlama