“Azərbaycandan xarici ölkəyə gedənlər üçün koronavirusla bağlı iki tələb var”

“Azərbaycandan xarici ölkəyə gedəndə iki tələb var. Birincisi, Azərbaycanın, ikincisi getdiyi ölkənin tələbidir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan vətəndaşı Azərbaycandan çıxırsa, COVİD pasportu varsa, PZR testinə ehtiyac yoxdur: “Amma qəbul edən ölkə PZR testi tələbi qoyursa, onda bu test olunmalıdır”.

Əvvəlki məqaləBu tarixdən dərslərin bərpa olunması nəzərdə tutulur
Növbəti məqaləXaricdə vaksinasiya olunanların COVID-19 pasportu Azərbaycanda bu qaydada tanınacaq