“COVID pasportunun, immunitet və əks göstəriş sertifikatlarının alınması məsələsi gündəmdədir”.
APA-nın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.
O bildirib ki, vaksinasiyadan keçən, COVID pasportu olan müəllimlər rahat şəkildə tədrisə cəlb olunacaq: “Amma təhsil kütləvi sahə olduğu üçün əks göstəriciləri olan şəxsləri belə kütləvi mühitə buraxıb, digərlərini risk altına ala bilmərik. Bununla bağlı müəyyən məhdudiyyətlər olacaq və bu, tam şəkildə açıqlanacaq. Bunlar hələ ki, müzakirə olunur”.